XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2015 - 07:16

Avropa Oyunları 145 ölkədə yayımlanır – Rəsmi
“Dünyanın 145 ölkəsində insanlar Avropa Oyunlarını izləyə bilir. Yarışalar yüksək səviyyədə təşkil olunub”.
Bunu bu gün mətbuat konfransında “Bakı 2015” üçün Avropa Olimpiya Komitəsinin koordinasiya komisiyasının sədri Spiros Kapralos (Spyros Capralos) bildirib. O, bildirib ki, hər birimiz fantasik açılışın şahidi olduq:
“Medallarda Azərbaycanın birinci yeri tutdugu üçün bu insanlar arasında yarışlara marağı daha da artırıb.
Qeyd edim ki, yayımın keyfiyyəti çox yüksəkdir. Hamı bu yaraışları rahat izləyə bilir. Əhəmiyyətli olan məsələ odur ki, dünyanın 145 ölkəsində insanlar Avropa Oyunlarını izləyə bilir. Bu da digər qitə oyunlarından daha çox diqqəti cəlb edə bilib. Bunun səbəbi də insaların Avopa ölkələrində yaşamasıdır. Yarışların təşkil olunması onu göstərir k, yarışlar standartlardan qat qat üstün təşkil edilib. Burada hər şey düşünülüb. Keyfiyyət, kəmiyyət, qonağpərvərlik, könüllülərin ruh yüksəkliyi və s.“.
AzVision.az