XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 06:13

ABŞ-ın İnternet üzərində nəzarəti məhdudlaşdırılacaq

internet.jpg

Avropa İttifaqı (Aİ) internetdə domen adların və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının ABŞ-ın internet üzərində nəzarətinin məhdudlaşdırılması ilə bağlı planını bəyənib.

Aİ-nin qərarı “ICANN”-ın böyük təşəbbüsünün tərkib hissəsidir. Təşkilat rəhbəri Fadi Şehade təşkilatın idarəetməsini müstəqil həyata keçirmək üçün dünya dövlətlərinin dəstəyini qazanmaq istəyir. Hazırda “ICANN” üzərində rəhbərlik mürəkkəb hökumət, biznes strukturları və yarımmüstəqil komitələr tərəfindən həyata keçirilir.

ötən il ABŞ hökuməti “ICANN”-ın fəaliyyəti üzərində nəzarəti dayandırmaqla bağlı planlarını açıqlayıb. 28 ölkəni təmsil edən Aİ bu ideyanı dəstəkləyib. Siyasətçilərin fikrincə, internetin idarə olunması dar kommersiya və ya dövlət maraqlarından azad olmalıdır.

“The Wall Street Journal” nəşrinə F.Şehade bildirib ki, çin və Braziliya təşəbbüsü dəstəkləyib.

O qeyd edib ki, məkanda ən vacib oyunçu Hindistandır. Bu ölkənin internet istifadəçilərinin sayı 300 milyon nəfərdir, iqtisadiyyatı İT texnologiyalarına əsaslanır və inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli təsir qüvvəsi var. “Hindistanın bu məsələ ilə bağlı mövqeyi çox vacibdir”, – təşkilat rəhbəri vurğulayıb, – “Searchengines” yazır.

Strateq.az