XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 16:00

Əflatun Amaşov diplomata diplom verdi – Vidalaşma

Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan Azərbaycan Mətbuat Şurasında olub.

Strateq.az xəbər verir ki, səlahiyyət müddətini başa vurmaqda olan qonağı salamlayan MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumla səfirliyin Mədəniyyət Müşavirliyinin sıx əlaqələrə malik olduğunu vurğulayıb və bildirib ki, münasibətlərin dərinləşməsində Seyid Əhməd Arslan bəyin müstəsna əməyi var. Ə.Amaşov Seyid Əhməd Arslan MŞ-nin diplomunu təqdim edib.

Seyid Əhməd Arslan Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluq duyduğunu dilə gətirib. O, dünyanın 45-dən artıq ölkəsində Türkiyə Səfirliyinin Mədəniyyət Müşavirliyinin mövcudluğunu bildirib. Amma Mədəniyyət Müşavirliklərindən Azərbaycanda fəaliyyət göstərən qurumun gördüyü işlərin xüsusilə geniş səciyyə daşıdığını vurğulayıb.

Qeyd edək ki, Seyid Əhməd Arslan 2012-ci ildən ölkəmizdə fəaliyyət göstərir. ötən müddətdə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Müşavirliyi təkcə Bakıda deyil, respublikamızın bir çox bölgələrində mədəni tədbirlərin təşkilində mühüm rol oynayıb. Müşavirlik həmçinin Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana media nümayəndələrinin də səfərlərinin həyata keçirilməsində yaxından iştirak edib. Bundan başqa Seyid Əhməd Arslanın səlahiyyət müddətində müşavirlik Türkiyə və Azərbaycanın mədəni həyatını əks etdirən «turkiye.az» saytını da yaradıb.