XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 04:45

Kiberxilafət və Rusiya

Rusiya kibermüharibəni genişləndirir

Fransa xarici siyasətinin çoxdankı hədəflərindən biri Fransanın fransızdilli xalqlarla əlaqəsini möhkəmləndirmək və fransız dilini yaymaqdır. “Frankofoniya” siyasətinin ən mühüm üsullarından biri bütün dünyaya yayımlanan TV5 Monde televiziya kanalıdır. Dövlətin maliyyələşdirdiyi bu kanal aprelin 8-də televiziya tarixində ən güclü haker hücumuna məruz qadı. Kanalın yayımı qəflətən kəsildi, ekranda İŞİD-in şüarı peyda oldu və qurumun himni səslənməyə başladı. Piratcasına translyasiya bir neçə saat davam etdi. Bu vaxt ərzində İŞİD-in adından hərəkət etdiklərini bildirən və özlərini “kiberxilafət” adlandıran hakerlər öz təbliğatlarını kürəsəl miqyasda translyasiya emək imkanı əldə edib Fransanı birbaşa hədələdilər ki, bu da ölkənin nüfuzuna çox böyük zərbə vurdu.

Keçən ilin yanvarında “Charlie Hebdo”-ya hücumdan sonra onsuz da iynə üstündə oturmuş Fransa TV5-ə hücumdan sonra istənilən anda yeni radikal-islamçı həmlə gözləməklə anladı ki, kiberterrorizmə qarşı nə qədər hazırlıqsızdır.

Translyasiya vaxtı ekranda Fransada və yaxud beynəlxalq əməliyyat çərçivəsində İŞİD-lə mübarizə aparan Fransa hərbçilərinin fotoları, ev ünvanları, şəxsiyyət vəsiqələrinin kserosurətləri göründü. Bu adamların və ailə üzvlərinin ünvanına birbaşa hədə-qorxular səsləndi. Artıq təkcə bu faktın özü şübhə yeri qoymadı ki, aksiya hansısa bir ovuc gənc proqramçılar tərəfindən deyil, çox ciddi qurumların əliylə planlaşdırılıb həyata keçirilib.

Kompüter sistemi sındırıldığına görə kanal o qədər zədələnmişdi ki, TV 5 Monde yalnız bir neçə gündən sonra norma yayıma başladı.

Fransa hökuməti hücumdan sonra kompleks təhqiqata başladı, keçən həftə isə ilk təxminlərini jurnalistlərlə bölüşdü. Onun məlumatına görə, hücum qaynağı, əvvəlcə hesab edildiyi kimi, Fransa və yaxud Yaxın Şərq yox, Rusiyadır. Sındırılma zamanı istifadə olunmuş kompüter kodlarının kirill əlifbasında olduğunu təyin etmiş Fransa rəsmiləri bildirdilər: hücumu həyata keçirtmiş qrupun fəaliyyəti Moskva və Sankt-Peterburqdakı iş vaxtına düşür.

Onlar bu qayda ilə açıq şəkildə işarə vurdular ki, hücumu radikal-islamçı terror təşkilatlarına rəğbət bəsləyənlər (məsələn, Quzey Qafqazdakı qruplar) deyil, ruslar, daha doğrusu, Rusiya məmurları təşkil ediblər.

Fransa rəsmiləri müəyyən etdikəri IP ünvanları izləməklə ehtimal edirlər ki, hücum Rusiyanın “ART28” adlı haker qrupu tərəfindən gerçəkləşdirilib. İddia olunur ki, qrup əvvəllər Ağ Ev və NATO-ya məxsus sistemlərə hücum edib. Lakin qeyd olunur ki, bu qrup üzvlərinin əslində kim olduğu və kimə işlədiklərinin müəyyən edilməsi imkanı Rusiya tərəfi ilə əməkdaşlıqdan asılıdır. Və deməli, top meydanın Putin administrasiyası tərəfə uçur.

Məlumdur ki, Ukrayna və Suriya böhranları səbəbindən çoxdan Rusiyanın Qərb dünyası ilə gərgin münasibətləri yaranıb. Satın alınmış iki böyük hərbi gəmini gərginlik üzündən Rusiyaya verməmiş Fransa Putin administrasiyasının qəzəbinə tuş olub. Və Rusiyanın bütün vasitələrlə Qərbə və deməli, həm də Fransaya qarşı münasibətini ifadə etməsi təəccüb doğurmamalıdır.

Eyni zamanda Rusiyaın kibermüharibəyə əl atması və İŞİD-dən istifadə etməsi Suriya böhranının gedişini Dəməşqin xeyrinə dəyişdirən bu təşkilata dair bəzi məsələləri gündəliyə çıxardır.

Tolqa Bilənər

“Taraf” (Türkiyə), 16.06.2015