XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 04:58

“Skype”-ın yeni versiyasını necə yükləmək olar?

skype-300.jpg

“Skype” internet telefon xidmətinin veb üçün beta-versiyası yalnız ABŞ və Böyük Britaniya ərazisində deyil, bütün dünyada əlçatan olub. Bu haqda şirkətin bloqunda yazılıb.

“ICTnews” elektron xəbər xidməti “tjournal.ru” saytına istinadən bildirir ki, veb versiyadan istifadə üçün “Skype.com” saytında hesaba daxil olmaq və “Brauzer üçün Skype” seçmək lazımdır. Səsli videozənglər üçün ayrıca genişlənmə tələb olunur: brauzer onu avtomatik yükləməyi təklif edir.

Xidmətin yeni versiyası təxminən 30 dil dəstəkləyir. Şirkətin nümayəndələri belə düşünür ki, xidmətin yeni versiyası adətən “Skype” xidmətinin mobil versiyasından istifadə edən, mesaj yoxlamaq və zəng etmək üçün ayrıca masaüstü proqram yükləmək istəməyənlər üçün yardımçı olacaq.

Xidmətin cari versiyasında yalnız mesaj göndərmək, səsli və video görünüşlü zənglər etmək olar, amma mobil və ya stasionar telefonlara zəng etmək olmaz.

Strateq.az