XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 18:57

Xədicə İsmayıl Ədliyyə Nazirliyinə və Ali Məhkəməyəmüraciət etdi

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Ədliyyə Nazirliyinə və Ali Məhkəmənin hakimi Əli Seyfəliyevə müraciət edib.

Ədliyyə Nazirliyinə müraciət barəsində çıxarılmış hökmlə bağlıdır:  ”25.05.2016 tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi verdiyim şikayətə baxaraq barəmdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı və Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı hökmü dəyişdirib və 5 il sınaq müddəti olmaqla, üç il yarım şərti həbs cəzası təyin edib. Sınaq müddətinin cəza müddətindən daha uzun dövrü əhatə etməsinin hüquqi əsasları şübhə doğurduğu üçün aşağıdakı suallara cavab verməyinizi xahiş edirik. 

İndiyə kimi şərti cəzaya məhkum edilmiş şəxslərə sınaq müddətinin təyin olunması ilə bağlı məhkəmə praktikasında belə hallar mövcuddurmu? Mövcuddursa, bu nümunələr barədə mənə məlumat verməyinizi xahiş edirəm”.

Jurnalistin Əli Seyfəliyevə müraciətində isə deyilir: “Hörmətli cənab hakim, 25 May 2016-cı il tarixdə Ali Məhkəmənin barəmdə çıxardığı qərarın surəti internet səhifənizdə yoxdur. Qərar mənə çatdırılmayıb. Həbsxanada mənə təqdim olunan çıxarışda isə şərti cəza ilə bağlı məhkəmə tərəfindən üzərimə qoyulan vəzifələr göstərilməyib. Xahiş edirəm, qərarın surətini mənə göndərəsiniz, internet səhifəsinə yerləşdirəsiniz və şərti cəza ilə bağlı üzərimə düşən vəzifələri mənə izah edəsiniz”.