XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

07 İyun 2016 - 14:54

AMEA-nın Fizika İnstitutunun direktoru məşhur jurnalın redaktoru seçildi –Kanadada!

trend_amea_main

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov Kanadanın elektron nəşri olan “MAYFEB” nəşriyyatının “Fizika” jurnalına redaktor seçilib.

Bu barədə Strateq.az-a AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Məryəm Rafaelqızı məlumat verib.

Onun sözlərinə görə, “MAYFEB” nəşriyyatında  elmi-texniki və tibbi mövzularda olan dünya ədəbiyyatları nəşr olunur:

"Nəşriyyatın əsas istiqaməti elm və texnika sahəsində bilikləri inkişaf etdirmək, tədqiqatçılar arasında informasiya və fikir mübadiləsi aparmaqdan ibarətdir. MAYFEB 20 lisenziyalı açıq elmi jurnallar nəşr edir. Nəşriyyatda yüzlərlə müxtəlif ölkələrdən olan qəbul olunmuş redaktorlar, minlərlə rəyçilər var".