XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 12:26

Mirşahin hədələdi:"O məlumatı yayan hansı tula, hansı köpək, hansı itdirsə...."

mirsahin-esas

ANS-in vitse-prezidenti Mirşahin Ağayev həyat yoldaşı Səbinə Heydərovanın işdən çıxarılması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

M. Ağayev bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“O məlumatı yayan mənbə hansı tula, hansı köpək, hansı itdirsə, yəqin ki, öz sahibinin əmrini icra edir. “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, şirkətin baş direktoru Mirşahin Ağayev və onun ailəsi arasında guya hansısa narazılıqların olması barədə yanlış məlumatlar yaymaqla ölkənin ən nüfuzlu infomasiya strukturlarından birinin ətrafında mənfi əhval-ruhiyyə yaratmaq istəyirlər. Səbinə Heydərova hazırda analıq məzuniyyətindədir. Doğrudur, o, bir müddət efirdə “Baş xəbər” verilişinin aparıcı oldu, amma sonradan ailə vəziyyəti ilə əlaqədar analıq məzuniyyətini bərpa etmək qərarına gəldi. Bu gün də analıq məzuniyyətindədir. Vahid Mustafayevlə hər hansı bir mübahisənin olmasına gəlincə, o, “ANS” Şirkətlər Qrupunun prezidentidir, onunla yalnız yaradıcılıq mövzusunda müzakirə və mübahisə etmək olar. Digər bütün hallarda isə onun əmrləri müzakirə olunmur, icra olunur. Səbinə Heydərova da “ANS”ın çoxsaylı kollektivinin adi üzvlərindən biridir”(Qafqazinfo).