XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 19:01

Azərbaycan dilində ilk dəfə Python proqramlaşdırma ilə bağlı kitabnəşr olundu

payton

Azərbaycanda ilk dəfə Python proqramlaşdırma dili ilə bağlı öz dilimizdə kitab nəşr edilib.

Strateq.az bildirir ki, nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır. Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanıb. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır.

Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.

Bu kitab ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulub. Kitabın müəllifi Kərim Tahiroğlu qeyd edir ki, indiyə qədər proqramlaşdırma dilləri əsasən ingilis və rus dilli mənbələrdən öyrənilir: “Hər dəfə də belə kitablar əlimə keçəndə arzulamışam ki, kaş bizim dildə də bu cür kitablar olaydı. Onu da deyim ki,  Azərbaycan dilində proqramlaşdırmaya dair kitablar var. Lakin bu kitabların böyük əksəriyyəti sanki oxucuları yola vermək üçün yazılıb”.

Müəllifin sözlərinə görə, proqramlaşdırmaya dair kitabları əsasən iki qismə bölmək olar: məlumat kitabçaları və özü öyrənənlər üçün dərs vəsaitləri. Məlumat kitabçası mahiyyətində olan kitablarda hər şey var, amma bu hər şey yeni başlayanlar üçün demək olar ki, heç nə vermir: "Çünki bu cür kitablarda mövzular öyrətmək məqsədilə sıralanmır, sorğu və məlumat kitabçalarının ruhuna uyğun şəkildə yerləşdirilir. Yeni başlayanlar üçün bu kitablar yaramır".

İkinci kateqoriya kitablar isə, yəni özü öyrənənlər üçün nəzərdə tutulan dərsliklər yeni başlayanlar üçün daha münasib hesab olunur. Amma burda da çox zaman bir əmma ortaya çıxır. Belə ki, özü öyrədən kitabların dili əksər vaxt çox qəliz olur. Oxucu isə oxuduğu hər cümləni rahatlıqla anlamalı və tətbiq edə bilməlidir. “Önəmli bir məqam da o olmalıdır ki, izah edilən mövzular yalnız sadədən mürəkkəbə doğru düzülməsin, həm də onlar izah olunarkən o an üçün lazım olan biliklər verilsin, oxucu da informasiya yığını altında qalıb əzilməsin. Bütün bu deyilənləri nəzərə alaraq mən də məhz belə bir kitab yazmağa qərar verdim”.