XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 19:12

İTV-dən futbol açıqlaması:"Bizim şərhçi tapmaqda çətinliyimiz yoxdur"

itv-1

İyunun 10-dan İctimai Televiziya və Radio Yayımları Şirkəti futbol üzrə Avropa Çempionatının yayımına start verir.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qitə birinciliyinin ilk oyunu Bakı vaxtilə saat 23:00-da göstəriləcək.

Futbol azarkeşlərinin bu möhtəşəm oyuna böyük marağını nəzərə alan şirkət rəhbərliyi bu sahə üzrə ixtisaslaşmış "İdman Azərbaycan" kanalının pesəkar mütəxəssislərini də İTV-nin icmalçıları ilə birgə oyunları şərh etməyə dəvət edib.

İTV-dən həmçinin bildirilib: "Futbol uzrə Avropa Çempionatının əsas yayımçısı olaraq bəyan edirik ki, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur və bunun, bəzi saytların iddia etdiyi kimi, "İTV-nin şərhçi tapmaqda çətinlik çəkməsi" uydurması ilə heç bir əlaqəsi yoxdur".