XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 12:40

Beş telekanala pul köçürüldü,ANS müqaviləni imzalamadı

MTRSH

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan Rrezidentinin özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncamına əsasən, 333 min manat maliyyə vəsaitini özəl televiziyalardan beşinin hesabına köçürüb.

Bu barədə MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

Onun sözlərinə görə, indiyədək cəmi beş telekanal MTRŞ tərəfindən onlara göndərilən müqaviləni imzalayıb: "Müqaviləni imzalayan televiziya kanallarının hər birinin hesabına vəsait köçürülüb".

Televizyalardan biri – ANS TV isə MTRŞ-nın göndərdiyi müqaviləni hələ ki, imzalamayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq özəl teleradio yayımçılarına iki milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bu vəsait 333 333 min manat olmaqla ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər məbləğdə bölünüb.

Report.az