XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 17:12

Jurnalist təşkilatı gənclər arasında dini maarifçilik işi aparıb

ss-1

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi bu gün Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində “Gənclər arasında dini maarifçilik işinin aparılmasında medianın rolu” adlı tədbir keçirib.

Universitetin mətbuat xidmətinin rəhbəri Asif Quliyev tədbir iştirakçılarını salamladıqdan sonra gənclər arasında dini maarifçilik işinin aparılmasının vacib olduğunu bildirib. A.Quliyev çalışdığı təhsil müəssisəsinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu deyərək, analoji tədbirlərin keçirilməsinə bundan sonra da dəstək verməyə hazır olduqlarını bildirib.

Azərbaycan Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə ölkə mediasının keçdiyi yola, onun ictimai missiyasına, müasir mətbutımızdakı tendensiyalara nəzər salıb. R.Hüseynzadə deyib ki, Azərbaycan mətbuatı heç vaxt dini və irqi ayrıseçkiliyi təbliğ etməyib, həmişə tolerant mövqe sərgiləyib. İcraçı direktor həmçinin gənclər arasında dini maarifçilik işinin aparılmasında media qurumlarının üzərinə düşən vəzifələrdən danışıb.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə gənclərin cəmiyyətin həyatındakı rolundan danışıb. Gənc  nəslin cəmiyyətin avanqard hissəsi olduğunu vurğulayan natiq onları yad ideologiyaların təsirindən qorumağın vacib olduğunu bildirib. S.Verdizadə medianın dini mövzulara həssas yanaşdığını deyərək, bu sahəyə marağın artmasını müsbət hal kimi dəyərləndirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub. Natiq deyib ki, müasir dövrdə dövlətin, dini icmaların, eləcə də cəmiyyətin hər bir nümayəndəsinin başlıca vəzifəsi qarşılıqlı münasibətlərdə dözümlülüyə nail olmaq, müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan insanların sülh şəraitində birgəyaşayışını təmin etməkdir.

Sonda natiqlər tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

ss-2

ss-3

ss-4

Strateq.az