XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 Mart 2015 - 12:42

Ukrayna səfirliyinin əməkdaşı Umud Rəhimoğlunun qonağı olub – FOTO

Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi məsələlər üzrə məsləhətçisi Vadim Sidyçenko Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakıdakı ofisində təşkilatın fəaliyyət istiqamətləri ilə tanış olub.

Strateq.az xəbər verir ki, fondun sədri Umud Mirzəyev qonaqla söhbətində təşkilatın 20 ildən çox təcrübəyə malik olduğunu bildirərək, yaxın gələcəkdə Fondun Ukraynada müəyyən layihələrin icrasında maraqlı olduğunu Ukraynalı rəsminin diqqətinə çatdırıb.

Görüş zamanı BAMF-ın sədri Umud Mirzəyev və qonaq Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı vəziyyətini müzakirə ediblər. Qonaq, eyni zamanda Bank Olmayan Kredit Təşkilatı, Avrasiya Kredit”in fəaliyyəti ilə yaxından tanış olub.