XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 19:08

Sosial və internet mediada multikulturalizm mövzusundatəlim keçirilib

xaqani multi02

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəy ilə “Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi” layihəsinin icrasına başlayıb.

Bu barədə ictimai birlikdən məlumat verilib. Layihə çərçivəsində müxtəlif universitetləri təmsil edən gənclərə və gənc mütəxəssislərə “Yeni mediada multikulturalizmlə bağlı düzgün iştirak” mövzusunda təlim keçirilib. Təlim Bakı Slavyan Universitetinin Muzey zalında keçirilib. Təlimdə qonaq qismində bir sıra QHT və media nümayəndələri, eləcə də multikulturalizm üzrə ekspertlər də iştirak ediblər.   Tədbirin açılışında QDİİB sədri İlkin Ağayev həyata keçirilən layihə və onun çərçivəsində reallaşdırılacaq təlimlər barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, bu gün gənclərimiz yeni media vasitəərində, sosial şəbəkələrdə aktiv olsalar da, bu baxımdan bir sıra problemlər var: “Gənclərimizin sözügedən sahədə texniki hazırlıqları olsa da, ideoloji və taktiki baxımdan, onların daha hazırlıqlı, bacarıqlı, məlumatlı və operativ olmasına ciddi ehtiyac duyulur”.

Daha sonra multikulturalizm üzrə ekspert, gənc alim Əli Fərhad Azərbaycanda daim mövcud olmuş multikulturalizm şəraiti və müasir dövrdə Azərbaycan multikulturalizminin daha da inkişaf etdirilməsi, dünyaya tanıdılması üçün dövlətin həyata keçirdiyi siyasətdən, bu barədə həyata keçirilən tədbirlərdən bəhs edib.

Sonra isə təlimçi, “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri Xaqani Səfəroğlu təlimə başlayıb.

Qeyd edək ki, keçirilən təlimdə 20-dən artıq gənc  iştirak edib. Burada gənclərə multikulturalizm anlayışının anlaşılmasında, onunla bağlı məlumatların, informasiyaların ayırd edilməsi və dezinformasiyaların yayılmasının qarşısının alınması ilə bağlı biliklər, ictimai və hüquqi məsuliyyət hissinin inkişafı, artırılması və formalaşması baxımından bilgilər və vərdişlər aşılanıb. Onlara bu barədə mövcud olan mənbələr və etik davranış qaydaları izah edilib və göstərilib.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində sırf jurnalistik məqalələrlə multikulturalizmin təbliğinə töhfə vermək istəyən gənclər üçün ayrıca bir təlimin, eləcə də Masallı və İsmayıllı rayonlarında multikulturalizmin təbliğinə gənclərin cəlb edilməsi üçün təlimlərin keçirilməsi, layihə çərçivəsində multukulturalizmə aid kitabçanın çapı, “yenimedia.info” saytının təkmilləşdirilməsi nəzərdə tutulub.

xaqani multi03