XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 21:28

Ləman Ələşrəfqızı da ANS-dən ayrıldı:"Vicdanlarıyla baş-başa buraxıram"

leman-eliesrefqizi

Tanınmış jurnalist Ləman Ələşrəfqızı ANS-dən ayrılıb. 

Strateq.az xəbər verir ki, bu barədə Ləman Ələşrəfqızı özünün Feysbuk səhifəsində məlumat verib:

"20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim, şükür Allaha, göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. "Zərdabi mükafatı"nı da, "Əməkdar jurnalist" adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də, düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə "sağ olun" deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin!

Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından… Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!".