XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2015 - 06:03

Xədicə İsmayılovanın cinayət işi üzrə istintaq yekunlaşdı

İyunun 22-də Baş Prokurorluğun Ağır Cinayətlərə diar İşlər üzrə İstintaq İdarəsi jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə istintaqın başa çatdığını elan edib.

Vəkil Fəxrəddin Mehdiyev “Amerikanın Səsi”nə bildirib ki, iyunun 23-dən başlayaraq Xədicə İsmayılova və vəkillər ayrı-ayrılıqda cinayət işinin materilları ilə tanış olmağa başlayacaqlar.

Vəkil xatırladıb ki, Xədicə İsmayılovaya qarşı 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ittiham irəli sürülüb. Elə həmin gün Səbayel Rayon Məhkəməsində hakim Elşad Şamayev onun barəsində həbs-qətimkan tədbiri seçib.

2015-c ilin fevralında jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

Bundan öncə isə jurnalistə qarşı Cinayət Məcəlləsinin 284.2 (dövlət sirrini yayma) maddəsi ilə ittiham irəli sürülmüşdü.