“Hədəf Kursları” MMC, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”, İstanbul Aydın Universitetinin, Hədəf Karyera Mərkəzinin birgə təşkilatçılığı və Senet.az ədəbiyyat portalının informasiya dəstəyi ilə gənc jurnalistlər üçün keçirilən 3 aylıq təlim bu gün yekunlaşıb.
Üç aylıq təlimin sonunda gənc jurnalistlərə sertifikat təqdim olunub, həmçinin Hədəf Kursları təlimçilərə təşəkkürnamə də təqdim edib. Təlimçilər Şəmil Sadiq, Elçin Əlibəyli, Vüqar Zifəroğlu, Elxan Şükürlü, Fərid Azəri, Mübariz Əhmədov, Elvin Əliyev keçirilən üç aylıq təlimlə bağlı öz fikirlərini bölüşüblər.
Xatırladırıq ki, Hədəf Kursları keçən ildən jurnalistlər və jurnalistika fakültəsi tələbələri üçün pulsuz kurslara başlayıb.
İlk kursda 100-ə yaxın iştirakçı olub. Həmin iştirakçılardan təxminən 20 nəfəri ikinci mərhələyə seçilərək 3 aylıq kursa davam edib. Üç aylıq kursu uğurla başa vuran gənc jurnalistlər İstanbul Aydın Universitetində 1 həftəlik təlim keçmək hüququ qazanıblar.
Todaysbaku.az
Fotolar Senet.az-a məxsusdur