XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 14:37

AMEA-nın müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbələri yaradılacaq –Açıqlama

amea-salon

Bu gün AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr şöbələri yaradılacaq.

Bu barədə Strateq.az-a AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu haqda qərar AMEA Rəyasət Heyətinin bu gün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən səyyar iclasında qəbul olunub.

Tədbirdə Akademiyanın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsələ müzakirə edilib.

Bu haqda çıxş edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, Azərbaycan elminin beynəlxalq elm məkanına uğurlu inteqrasiyasının təşkilində vacib rol oynayan amillərdən biri də elmin informasiya təminatının gücləndirilməsidir. Bu baxımdan hər bir institutda İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının məqsədəuyğunluğunu ifadə edən məruzəçi elmin müxtəlif sahələri üzrə həyata keçirilən fəaliyyət, elmi-texniki tərəqqi, müasir elmi tədqiqatların nəticələri barədə ictimaiyyətin geniş məlumatlandırılmasının başlıca hədəflərdən olduğunu bildirib.

Tədbirdə qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti elmi müəssisə və təşkilatlarda İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması barədə qərar qəbul edib. İctimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin koordinasiyası AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinə tapşırılıb.