XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 June 2015 - 13:41

RATİ-yə qarşı məhkəmə prosesi başlayır
İyulun 1-də Bakı İqtisad Məhkəməsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATI) qarşı iddia üzrə hazırlıq iclası keçirilib. İddianı Vergilər Naziriyi qaldırıb. Nazirlik RATİ-ni vergidən yayınmaqda ittiham edir.
Bu barədə Turan-a RATİ-nin hüquqşünası Günay İsmayılova bildirib.
Xatırladaq ki, RATİ-nin fəaliyyəti 2014-cü ilin avqustunda qapadılıb. Bu QHT-nin ofisində axtarış aparılıb, sənədlər və kompüterlər götürülüb. Sonradan cinayət işi qaldırılıb və istintaq RATİ rəhbərliyinin qanunsuz sahibkarlıq, vergidən yayınma hallarına yol verdiyini bəyan edib. RATİ rəhbəri Emin Hüseynov 2015-ci il iyunun 12-dək İsveçrə səfirliyində gizlənib və sonradan bu ölkədə sığınacaq alaraq oraya gedib.