XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 07:46

Avropa oyunlarını ən yaxşı hansı kanal işıqlandırdı? – Sorğu
Azərbaycanda keçirilən Avropa Oyunlarına sona yaxınlaşır.
İdman arenalarında yüz minlərlə, televiziya qarşısında isə milyonlarla insan bu oyunlara maraq göstərir.
Baku-2015 Avropa Oyunlarının dünyanın 100-ə yaxın ölkəsində canlı yayımlanması da oyunların böyük ajiotaj doğurduğunun göstəricisidir.
Bəs görəsən, Azərbaycan tamaşaçısı üçün Avropa Oyunlarını ən yaxşı işıqlandıran yerli televiziya kanalı hansı olub?
Strateq.az bildirir ki, AZXEBER.COM sosial şəbəkə istifadəçilərinə bu sualla müraciət edib.
Sorğu ölkənin ən böyük sosial şəbəkə səhifələrində – 480 minə yaxın üzvü olan Azərbaijan-Azərbaycan, 300 mindən çox üzvü olan AZXEBER.COM səhifəsində. 135 min üzvü olan Azərbaycan Könülləri, 106 min üzvü olan Azərbaycan Universitetləri, 75 min üzvü olan Azerbaijan Youth Network, 40 min üzvlü “Face Azərbaycan” və onlarla başqa qrupda aparılıb.
Sorğunun nəticələrinə görə, ən çox səs toplanan televiziya kanalı “İdman Azərbaycan” olub.
Belə ki, respondentlərin 45%-i yarışları ən geniş və ən yaxşı işıqlandıran kanal kimi “İdman Azərbaycan”ı görüb. İkinci yerdə 20% səslə “AzTV” gəlir. Dövlət televiziyasını 15% səslə “İctimai TV” izləyib.
özəl televiziyalar arasında isə ən çox səs toplayan telekanal “ATV” olub. Belə ki, səsvermədə iştirak edən vətəndaşların 10%-i İlk Avropa Oyunlarını ATV-də izlədiyini deyib. ATV-nin ən yaxın təqibçisi ANS olub. Digər özəl televiziyalar isə cüzi səs yığıb.