XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 09:00

“Mövhumatçılıq güclənsə, aksiya keçirə bilərlər” – Əflatun Amaşovdan açıqlama
“BDU-nun jurnalistika fakültəsində təhsil alan tələbələrin xaricdəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərilməsi məqsədəuyğundur”.
Bunu Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı – 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, BDU-nun jurnalistika fakültəsində bakalavr səviyyəsində oxuyan tələbələrin təhsillərini davam etdirmək üçün xarici ölkələrdəki aparıcı ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər: “Bu, jurnalistikamızın inkişafı baxımdan vacibdir”.
Mövhumatçılığa qarşı mübarizədə mətbuatı aktiv olmağa çağıran Ə. Amaşov bu istiqamətdə təhlükələrin istisna edilmədiyini söyləyib: “Mövhumatçılıq güclənsə, sabah “Azad Qadın” heykəlinin qarşısında aksiya keçirə bilərlər. O halda mətbuat nə etməlidir, üzərinə hansı missiya düşür? Biz bu məsələlər barədə düşünməliyik”.
APA