XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 İyul 2016 - 12:25

Əflatun Amaşov Gürcüstana gedib- Beynəlxalq tədbirdə iştirak üçün

eflatun-amasov-esas

Bu gün Tiflisidə kütləvi informasiya vasitələrinin 12-ci Cənubi Qafqaz konfransı işə başlayıb.

“KİV-də söz və ifadə azadlığında müxtəlif çağırışlar” mövzusuna həsr olunmuş beynəlxalq konfransda Azərbaycanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV-lərin və QHT-lərin nümayəndələri, müstəqil ekspertlər təmsil edirlər.

Konfransda əsasən, Cənubi Qafqazda və Avropa ölkələrində KİV-in vəziyyəti, söz, mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyi, bu sahədə qanunvericilik, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi və s. məsələlər müzakirə olunur.

Konfransın açılışında Gürcüstanın xarici işlər naziri Mixail Canalidze çıxış edərək ölkəsində söz, mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyinin qorunması istiqamətində görülən işlərdən danışıb. Gürcüstanda bu il parlament seçkilərinin keçiriləcəyini vurğulayan nazir deyib ki, seçkiləri izləmək üçün çoxlu sayda beynəlxalq müşahidəçi və jurnalist dəvət olunacaq. Gürcüstan onların təhlükəsizliyini tam təmin edəcək.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç çıxış edərək qloballaşan dünyada informasiya mübadiləsinin, mətbuat azadlığının təmin olunmasının vacibliyindən danışıb. Bildirib ki, son vaxtlar qaynar bölgələrdə, eləcə də digər mühitlərdə vəzifə borcunu yerinə yetirən çoxlu sayda jurnalist qətlə yetirilib, təhqir və təzyiqlərə məruz qalıb. Bizim əsas məqsədimiz jurnalistlərin və sosial şəbəkələrdə çalışan bloggerlərin təhlükəsizliyinə nail olmaqdır. Konfransın əsas məqsədi bu barədə toplantı iştirakçılarının fikirlərini öyrənmək və konsepsiya hazırlamaqdır.

Çıxışlarda jurnalistlərin təhlükəsizliyi, söz azadlığı, mətbuat azadlığı istiqamətində görülən işlərdən danışılıb, müxtəlif fikirlər səslənib. Həmçinin jurnalist azadlığı, təhlükəsizliyi, onlara dəyən ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarlarının icrasının yerinə yetirilməsinin vacibliyi vurğulanıb(azərtac).