XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 10:55

Efirdə edilən söyüşə MTRŞ reaksiya verdi – Video

Azərbaycan telekanallarının birinin efirində yayılan şou verilişdə canlı ifa edən müğənninin mahnının sözlərini təhrif etməsi və eybəcər hala salmasına Milli Teleradio Şurası reaksiya verib.

Şurasının Monitorinq şöbəsinin aparat rəhbəri Toğrul Məmmədov Axar.az-a bildirib ki, sözügedən kanalda müğənninin sözləri iyrənc hala salması barədə sosial şəbəkədə yayılan və ciddi səs-küyə səbəb olan video-material araşdırılıb:

“Bununla bağlı bizə heç bir müraciət daxil olmayıb. Amma video sosial şəbəkələrdə yayılandan sonra Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsi özü araşdırmaya başladı. Araşdırma zamanı sözügedən videoda heç bir qanun pozuntusu qeydə alınmadı. Ola bilər ki, kimlərsə videoya müdaxilə edib və ya bilməyərəkdən belə bir hal yaşanıb. Ancaq bizim monitorinq qrupu heç bir qanun pozuntusu aşkar etməyib”.

Məsələ ilə əlaqədar verilişin yayımlandığı kanaldan rəsmi münasibət almaq cəhdimiz isə 3 gündür nəticə vermir. İctimaiyyətlə əlaqə, mətbuat xidməti və s. olmadığı bildirilən kanalın qalmaqallı verilişinin aparıcısı və prodüseri də iş yerində yox imiş (?!). Etika naminə adını çəkmədiyimiz kanal rəhbərliyinin rəsmi açıqlama yayacağına ümid edirik.

Qeyd edək ki, bir neçə gün öncə efirə gedən şou verilişdə Samir Biləsuvarlı adlı müğənninin mahnının sözlərini qəsdən təhrif edərək, eybəcər hala saldığı iddia edilir. Sosial şəbəkədə yayılan videodan müğənninin doğrudan da bu eybəcərliyi etdiyinə şübhə yeri qalmır.