XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 08:08

“Space” rəhbərliyi üzr istədi

“Dünən “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ilə ciddi söhbətimiz oldu. Kanal rəhbərliyi baş verənlərə görə üzr istədi və tədbir görüləcəyinə dair söz verdi”.

Strateq.az xəbər verir ki, bu sözləri APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədri bu tip verilişlərlə bağlı monitorinq şöbəsinə xüsusi tapşırıq verdiyini bildirib: “Bu tip verilişlər bizim xüsusi diqqət mərkəzimizdədir. Monitorinq şöbəsinə xüsusi tapşırıq vermişəm. Belə verilişlər haqqında arayış hazırlanacaq. Hesab edirəm ki, ciddi tədbir görülməlidir”.

Qeyd edək ki, “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib.