XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 15:49

Rusiya Federal Təhlükəsizlik Xidməti “Exo Moskva” radiosunu yoxlayır –Səbəb

exo-moskva

Rusiya Federal Təhlükəsizlik Xidməti “Exo Moskva” radiosunun bütün redaktorlarının siyahısının onlara verilməsini tələb edib. 

Musavat.com Rusiyanın “Novaya qazeta” qəzetinə istinadən xəbər verib ki, bu barədə radionun baş redaktoru Aleksey Venediktov məlumat verib.

“FTX müstəntiqi Exo-nun bütün əməkdaşlaırnın (redaktorların) reyestrinin onlara verilməsini istədi” – deyə Aleksey Venediktov öz tvitter hesabında yazıb.

Mətbuat bunun “Piontovski işi”nə görə həyata keçirildiyini yazır. 

Xatırladaq ki, iyul ayının əvvəllərində Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları publisist Andrey Piontovskinin “Exo Moskva” radiosunun saytında dərc etdiyi məqaləyə görə radionun redaksiyasına basqın düzənləyərək sayta məxsus bütün yazışmaları götürüblər.

Rusiya mətbuatı FTX-nin Andrey Piontovskinin “Partlamağa hazır bomba” adlı məqaləsindəki fikirlərinə görə “Rusiyanın ərazi bütövlüyünün pozulmasına yönəlik fəaliyyət” göstərmək cinayəti ilə ittiham olunduğunu yazır.

Андрей Пионтковский

Andrey Piontovski

Piontovski tarixçi və publisist Dmitri Furmanın "Rusiyanın ən çətin xalqı" əsərindən də sitatlar gətirdiyi həmin məqalədə Çeçenistanı bədənində bomba gəzdirən adama bənzədib. Publisist yazının nəticə hissəsində Çeçenistanın Rusiyanın tərkibindən çıxarılması gərəkdiyini yazıb.

Məqalə dərc olunduqdan sonra Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Şamsail Saraliyev Rusiya Baş prokurorluğuna müraciət edib. Onun bu müraciəti Dövlət Dumasının 30 deputatı tərəfindən dəstəklənib.

Publisist özü cinayət təqibindən yaxa qrutarmaq üçün bu ilin fevral ayında ölkəni tərk edib.

Məqalənin özü saytda qalsa da, cinayət iddialarına səbəb olduğu qeyd edilən son iki abzas çıxarılıb.