XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2015 - 05:31

Azərbaycanda neçə sayt var?

Azərbaycanda neçə sayt var?

“.az” milli domen zonasında qeydə alınan saytların sayı 24 140 ədəd təşkil edib. WHOIS-in yaydığı məlumatda qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında .az domen zonasında qeydə alınan saytların sayı təqribən 5 faiz artıb.

Qeydə alınan saytların ümumi sayından 22 374 ədədi domendə qeydə alınan birinci səviyyəli resursların payına düşür. Bu, cari ilin əvvəlinə olan göstəricini 4,9 faiz üstələyir.
İkinci səviyyəli daha populyar domen .com.az-dır. Orada 1056 sayt (artım 4,7 faiz) qeydə alınıb. Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Orada isə 237 internet saytı (10,7 faiz artım) qeydə alınıb.
Qeyd edək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir (trend).