XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

02 İyul 2015 - 11:54

Mediada hansı qurumların adları daha çox hallanıb? – Monitorinq
“MC&S”in media monitorinq qrupu 01-30 iyun 2015-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Strateq.az xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 170 on-line media daxil olmaqla 215-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə, mobil rabitə şirkətləri arasında Bakcell (799 məlumat), banklar arasında ABB (776 məlumat), sığorta şirkətləri arasında PAŞA (230 məlumat), ali məktəblər arasında BDU(1526 məlumat), otel və biznes mərkəzləri arasında Hilton (211 məlumat) irəlidədir.