XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

27 Fevral 2015 - 21:05

KİV DF-də Lefke Avropa Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib – FOTOLAR

Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin Rektorlar Şurasının üzvləri Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar keçirilən anım tədbirlərində iştirak etmək məqsədilə fevralın 25-dən Bakıda səfərdədirlər. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri fevralın 27-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda olublar, ölkənin aparıcı kütləvi informasiva vasitələrinin rəhbərləri ilə görüşüblər.

Strateq.az-a Fonddan daxil olan məlumata görə, KİV DF Müşahidə Şurasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qonaqları salamlayaraq Azərbaycanın türkdilli ölkələrlə, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrə mühüm önəm verdiyini, qarşılıqlı faydalı əməkdaşlığın ən müxtəlif sahələri əhatə etdiyini bildirib. Fondun fəaliyyəti barədə məlumat verən Rəşad Məcid Azərbaycanda söz, fikir və informasiya azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, müstəqil medianın dövlət qayğısı ilə əhatə olunduğunu, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O, mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, habelə ölkələrimizin üzləşdiyi problemlərin dünya ictimaiyyətinə dolğun və obyektiv şəkildə çatdırılması baxımından kütləvi informasiya vasitələrinin mühüm rolunu da xüsusi qeyd edib.

Lefke Universitetinin Rektorlar Şurasının sədri Türkay Tokel belə bir görüşün təşkilinə görə nümayəndə heyətinin üzvləri adından minnətdarlığını bildirib. Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Azərbaycan xalqının kədərinə şərik olduqlarını deyən Türkay Tokel ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyini dəstəklədiklərini vurğulayıb.

Bakıya ilk dəfədir ki, gəldiyini deyən Türkay Tokel burada yüksək qonaqpərvərliyin və isti münasibətin şahidi olduğunu bildirib. Natiq Azərbaycanın dinamik inkişaf edən, sürətlə müasirləşən və qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu da razılıqla qeyd edib.

Lefke Universitetinin rektoru, professor Mehmet Ali Yükselen Azərbaycanı doğma ölkə hesab etdiyini, son illər ölkəmizin sürətli inkişaf yolu keçdiyini, beynəlxalq miqyasda nüfuz və mövqelərinin gücləndiyini bildirib. İkitərəfli əlaqələrin ən müxtəlif sahələrdə inkişaf etdirilməsi zərurətini diqqətə çəkən Mehmet Ali Yükselen rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə ətraflı məlumat verib. Lefke Universitetində ali təhsil alan azərbaycanlı tələbələrin sayının ilbəil artdığını razılıqla qeyd edən rektor təhsil sahəsində əlaqələrin daha da dərinləşdirilməsi və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasının əhəmiyyətini də xüsusi önə çəkib.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qonaqları səmimi salamlayaraq Xocalı soyqırımı ilə bağlı nümayiş etdirdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Müzakirələr zamanı ölkələmiz arasında iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi, habelə media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı rəy və təkliflər səsləndirilmiş, qarşılıqlı faydalı görüşlərin bundan sonra da davam etdirilməsi zərurəti qeyd olunub.