XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2015 - 13:02

Azərbaycanda yeni radio yayıma başladı

sputink.jpg

“Sputnik” beynəlxalq xəbər agentliyi Azərbaycanda radioyayıma başlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, “Sputnik Azərbaycan” radiosu “Araz” radiostansiyasının dalğasında (103.3 FM) həftədə beş gün saat 10:00-dan 20:00-dək hər saatın əvvəli xəbər buraxılışları ilə canlı yayıma çıxır.

Gün ərzində “Sputnik Azərbaycan” radiosu ən aktual dünya və region xəbərlərindən ibarət 11 informasiya buraxılışı ilə Azərbaycan dilində efirə qoşulur. Radioburaxılışları, həmçinin internetdə onlayn izləmək və ya mətn və audio formatında “Sputnik Azərbaycan” portalının multimedia bölməsində tanış olmaq olar.

“Sputnik” informasiya portalı Azərbaycanda 2015-ci ilin mayında sputnik.az və ru.sputnik.az saytlarında fəaliyyətə başlayıb.
“Sputnik” (sputniknews.com) onlarla ölkədə multimedia və informasiya mərkəzləri işləyən beynəlxalq xəbər agentliyi və radiodur. “Sputnik” müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. “Sputnik” xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.