“250-yə yaxın jurnalistin namizədliyini Prezident Administrasiyasına göndərmişik”.
Strateq.az bildirir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. MŞ sədri bildirib ki, iyulun 20-də Azərbaycan jurnalistikasının inkişafında rolu olan, töhfə verən insanlar mükafat alacaq.
Ə.Amaşov Milli Mətbuat günü ilə əlaqədar Azərbaycan jurnalistikasında önəmli rolu olan jurnalistlərin mükafatlandırılacağını qeyd edib: “Əsasən daha çox xidmət göstərmiş insanlar, jurnalistlər mükafatlanacaq”.