XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 Mart 2015 - 07:39

Azərbaycanda daha bir sayta haker hücumu oldu

Azərbaycanda daha bir sayt haker hücumuna məruz qalıb.

Mia.az xəbər verir ki, bu barədə Azinform.az saytının baş redaktoru Məhəmmədəli Qəribli “Facebook”da məlumat yayıb.
Sayt rəhbəri bildirib ki, portala ölkə daxilində xəbər yükləmək qeyri-mümkün olub:
“Dəyərli oxucuların nəzərinə çatdırırıq ki, dünən gecə saatlarından sonra, Azinform.az saytında ciddi problem yaranıb. Adminlər sayta xəbər yükləyə bilmir. Yəni, saytın admin panelinə giriş mümkünsüz olub. Saytın texniki heyəti problemin ardan qaldırılması istiqmətində fəaliyyət göstərir. Maraqlıdır ki, yalnız Azərbaycanın hüdudlarından kənardan sayta xəbər yüklənə bilir, ölkənin daxilində isə, bunu etmək mümkün deyil. Hələlik yaranmış problemin nə ilə bağlı olması haqda heç nə deyə bilmirik. Narahatçılıq keçirərək, Azinform.az-la maraqlanan hər kəsə dərin minnətdarlığımızı bildiririk”.