TRT-nin 370 əməkdaşı barəsində istintaq başlanıb.
Ankara Prokurorluğu onları FETÖ ilə əlaqəli olmaqda şübhəli sayır(Report).
Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş tutmayan hərbi çevriliş cəhdi zamanı TRT-nin binası qiyamçılar tərəfindən tutulub, kanal rəhbərliyi və əməkdaşları girov saxlanıb. Daha sonra qiyamçılar aparıcı Tijen Karaşı bəyanat oxumağa məcbur ediblər.