XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

28 Fevral 2015 - 09:45

Bir addımlığımızda olan təhlükə
Bir addımlığımızda olan təhlükə  - VİDEOEvdə oyuncaq hesab edib telefon adapteri ilə oynayan 3 yaşlı qızcığaz cihazın keçirdiyi elektrik nəticəsində dünyasını dəyişdi. Bəs telefona 5 volt enerji verən adapter uşağı necə öldürə bilər?
Elektrik şəbəkəsinə qoşulu qalan adapterin telefona taxılan hissəsini ağzına qoyması 3 yaşlı körpə qızın ölümünə səbəb oldu. Atası isə cəsədini qucağına alaraq çəkdirdiyi şəkillə digər valideynlərin eyni kədəri yaşamaması üçün xəbərdarlıq etdi.
Sosial şəbəkələrdə sürətlə yayılan foto görənləri həm qəhərə boğdu, həm də düşündürdü.
Mütəxəssislər bildirir ki, satışda olan adapterlərin əksər hissəsi orijinal deyil. Bu səbəbdən də adapterlərdəki xüsusi sistem keyfiyyətsiz məhsullarda elektrik cərəyanını normal ötürə bilmir. Buna görə də əslində çox adi bir əşya saydığımız adapter elektrik şəbəkəsinə qoşulu qaldığı halda istənilən insan üçün həyati təhlükə yaradır.
Bədbəxt hadisələrin yaşanmaması üçün telefon enerji yığdıqdan sonra adapteri elektrik şəbəkəsindən ayırmaq məsləhət görülür. Bu məsələdə xüsusilə evlərində azyaşlı uşaqları olan valideynlərin daha diqqətli olması tövsiyə edilir.(xezerxeber.com)