XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2016 - 18:48

FHN əməkdaşları üçün inşa edilmiş növbəti yaşayış binası istifadəyə verilib

FHN 56

Mərasimdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak etmişdir.

Çıxış edən nazir müavini Faiq Tağı-zadə bildirmişdir ki, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir. Mənzil alan əməkdaşları təbrik edən nazir müavini əmin olduğunu bildirmişdir ki, dövlətimizin bu dəyərli hədiyyəsi onların daha əzmkar fəaliyyət göstərmələrinə əlavə təkan verəcəkdir.

Sonra Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək mənzil alan əməkdaşları təbrik etmiş, rəhbərlik etdiyi təşkilat adından ölkə başçısına təşəkkür etmişdir.

Yeni mənzil alanlar adından çıxış edən Fövqəladə Hallar Nazirliyinin zabiti baş leytenant Rafael Haqverdiyev və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş daxili xidmət baş çavuşu Zaur Eyvazovun atası Tahir Eyvazov nazirliyin əməkdaşlarının və onların ailələrinin sosial problemlərinin həllinə göstərdiyi ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkür etmiş, bunun əməkdaşların daha böyük ruh yüksəkliyi ilə xidmət göstərməsinə səbəb olduğunu bildirmişlər.

Sonra yaşayış binasının rəmzi açılışını bildirən qırmızı lent kəsilmişdir.

Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binası Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müsair standartlara uyğun olaraq inşa edilmişdir.

FHN 57