XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

25 İyul 2016 - 10:43

ANS-in taleyi iyulun 29-da keçiriləcək məhkəmədəhəll olunacaq

ANS-LOQO

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının  ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətinə baxılacaq.

Proses hakim Ülvi Mayılovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər. ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunub və son qərar məhkəmə tərəfindən veriləcək. (APA)