XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2015 - 07:20

Etibar Babayev yeni vəzifəsindən danışdı – AÇIQLAMA
ATV-nin Bədii Şurasının sədri vəzifəsinə təyin olunan tanınmış telejurnalist Etibar Babayev yeni işindən danışıb.
Strateq.az Publika.az-a istinadən xəbər verir ki, E.Babayev yeni vəzifəsinin icrasına bir həftədən sonra başlayacağını bildirib:
“Bir həftədən sonra işə başlayacağam. İşə başlayaq, istiqamətlərimizi müəyyənləşdirək, daha sonra bu barədə danışarıq. Qabaqcadan onu deyə bilərəm ki, işimi müəyyən səlahiyyətlər çərçivəsində quracağam”.
Xatırladaq ki, peşəkar televiziya mütəxəssisi olan E.Babayev bundan əvvəl AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya və Radio Akademiyasının rektoru olub. O, mərhum şair Adil Babayevin oğludur.