XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

13 Mart 2015 - 12:27

Məhkəmə Xədicə İsmayılın şikayətinə “yox” dedi
Xədicə İsmayılın şikayəti təmin edilmədi
Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılovanın həbs müddətinin uzadılması barədə Nəsimi Rayon Məhkəməsinin 6 mart tarixli qərarından verilmiş şikayətə baxılıb. Nəsimi məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Həmçinin iclasda iclasda vəkil Yalçın İmanovun X.İsmayılovanın müdafiəsindən uzaqlaşdırılması barədə qərar çıxarılıb.
Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinin müstəntiqi Orxan Babayev bildirib ki, Y.İmanov Azadlıq Radiosunda aparılan axtarış zamanı şahid olduğu üçün müdafiəçi qismində qala bilməz. Vəkillər və təqsirləndirilən X.İsmayılova buna etiraz edərək, əsl məqsədin müdafiənin zəiflətmək olduğunu bildiriblər.
Xədicə İsmayılova dekabrın 5-də jurnalist Tural Mustafayevin şikayətinə əsasən, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (ölüm həddinə çatdırma) ittiham olunaraq həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin fevralın 13-də prokurorluq Cinayət Məcəlləsinin daha üç maddəsi -179.3.2 (külli məbləğdə mənimsəmə), 192.2.2 (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) yeni ittiham irəli sürüb. İttihamlar təsdiqlənərsə jurnalisti 12 ilədək həbs cəzası gözləyir.Son İttihamlar QHT-lərə açılan cinayət işində Azadlıq Radiosunun ofisində aparılan yoxlamalarla bağlıdır. Xədicə İsmayıl ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Bizimyol.info