ABŞ-ın Milli Təhlükəsizlik agentliyi “Facebook” və “Google”un köməkliyi ilə Latın Amerikası zonasından çıxan məlumatların 98%-ni nəzarətdə saxlayır.
Strateq.az bildirir ki, bunu WikiLeaks təsisçisi Culian Assanj deyib.
Asanj Amerika xüsusi xidmət orqanlarının məlumatları nəzarətdə saxlamalarında “Facebook” və “Google” rolunu xüsusi qeyd edib. “”Google” və “Facebook” ABŞ-ın ərazisində yerləşir, onların yurisdiksiyası cinayət məcəlləsi ilə işləyir, bu səbəbdən onlardan hansı bir məlumatın götürülməsində problem yaranmır”, – WikiLeaks təsisçisi deyib.