XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 İyul 2015 - 13:10

“Analoq efiri dayandırmalıdır…” – Nazirdən açıqlama

“İndi biz Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə razılaşdırıb analoq efiri dayandırmalı, kommersiya və xüsusi təyinatlı istifadə üçün çox vacib sayılan tezlikləri telekanallara ayırmalıyıq”.

Bu barədə rabitə və yüksək texnologiyalar naziri Ə Abbasovun Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
Nazir bildirib ki, ümumiyyətlə, Azərbaycanda radio və televiziya yayımında vəziyyət inkişaf etmiş ölkələr səviyyəsindədir: “Bu gün rəqəmsal yerüstü yayım, kabel televiziyaları, peyk, rabitə şəbəkələri üzərində və İnternet radio və televiziyalar vasitəsi ilə əhalinin təkcə Azərbaycan yox, həmçinin yüzlərlə xarici teleproqramlara çıxışı təmin olunmuşdur. ölkə və sərhədyanı ərazilərdə əsas tezliklər spektri boyu radiotexniki monitorinq sistemi hesabat dövründə tam qurulub istifadəyə verilmişdir. İndi ölkəmizin istənilən coğrafi nöqtəsində həm mülki, həm də xüsusi təyinatlı tezliklərə müdaxilə olarsa, sistem müdaxilənin parametrlərini, o cümlədən daxildə və xaricdə olan müdaxilə mənbələrinin koordinatları haqqında operativ məlumatları uyğun təşkilatlara çatdırır”.
APA