XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2016 - 13:38

Jurnalist təşkilatı multikultural dəyərləri təbliğ edəcək – Layihə

Seymur-Verdizade

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Region gəncləri arasında multikultural dəyərlərin təbliği” adlı layihənin icrasına başlayıb.

Bu barədə JAM sədri Seymur Verdizadə məlumat verib.

S.Verdizadə deyib ki, layihənin məqsəd iAzərbaycan cəmiyyəti üçün xas olan multikultural dəyərləri təbliğ etmək, region gəncləri arasında maarifçilik işi aparmaq, ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.

JAM sədri qeyd edib ki, layihə 4 ay müddətində Azərbaycanın Göyçay, Tovuz, Şirvan və Cəlilabad şəhərlərində həyata keçiriləcək. “Layihənin effektivliyini artırmaq üçün onun icrasına multikulturalizm sahəsində tanınmış ekspertləri cəlb edəcəyik”, – deyə S.Verdizadə bildirib.

Strateq.az