XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2015 - 13:14

800-dən çox jurnalist ad alacaq? – Açıqlama
“Milli mətbuatın 140 illik yubileyi ilə mətbuat işçilərinə Ali Media Müfkafatı veriləcək”.
Bu barədə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov məlumat verib. O bildirib ki, bu il mətbuat işçilərinə çoxsaylı mükafatlar veriləcək. Mükafatlandırma mərasimi isə “Gülüstan” sarayında keçiriləcək.
Qeyd edək ki, 22 iyul Azərbaycan Milli Mətbuatının yaranmasından 140 il ötür. Bu il jurnalistləri xüsusi təbriklərin gözlədiyini də bildirənlər var. ölkə başçısının da tədbirdə iştirakı gözlənilir. 140 illik tədbirdə, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan edilən müsabiqənin laureatları da mükafatlandırılacaq. Eyni zamanda, 800 nəfərdən çox mətbuat işçisinin fəxri adlar alması nəzərdə tutulub. Bu barədə artıq müraciətlər yekunlaşıb(Hafta.az).