114 qalibə qarşı 111… – KİVDF tədbir keçirdi

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul – Mətbuat günü münasibəti ilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Strateq.az xəbər verir ki, tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 64 KİV-lərdən 153 yazı daxil olub. Onlardan 111-i qalib elan edilib. Onun sözlərinə görə, müsabiqədə 114 qalib nəzərdə tutulsa da, müəyyən istiqamətlərlə bağlı müsabiqəyə yazı təqdim edilməyib.