XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2015 - 07:21

Pərviz Həşimli deputatlara təşəkkür etdi…

Pərviz Həşimli ona azadlıq istəyən deputatlara təşəkkür etdi...

Vəkil Bəhruz Bayramov 13 saylı CçM-də müəvəkkili ilə görüşüb

Vəkil Bəhruz Bayramov 13 saylı Cəzaçəkmə Müəssisəndə cəza çəkən jurnalist Pərviz Həşimliylə görüşüb.
Görüşdən sonra vəkilin Moderator.az-a bildirdiyinə görə Pərvizin saxlanılma şəraiti normaldır və müəssisə rəhbərliyindən hər hansı narazılığı yoxdur, əksinə, ona normal münasibət bəslənilir.
Vəkil Bəhruz Bayramov onu da bildirdi ki, Pərviz Həşimli onun azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edən deputatların hər birinə ayrı-ayrılıqda təşəkkürünü çatdırmağı xashiş edib. Jurnalist deputatların müraciətindən çox məmnun qalıb və müqəddəs bayramlarımızdan olan Novruz öncəsi belə bir xoşməramlı təşəbbüsdə bulunmalarına görə millət vəkillərinə minnətdarlıq edib.
Xatırladaq ki, bu günlərdə bir neçə deputat prezident İlham Əliyevə müraciət edərək Pərviz Həşimlinin azadlığa buraxılmasını xahiş edib.