XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

22 İyul 2015 - 14:48

Əli Həsənov: “Prezidentin Mətbuat Şurası üzvləri ilə görüşündə müəyyən qərarlar qəbul olunub”

Ali Hasanov.jpg

“Dünən Azərbaycan prezidenti İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdü və çox geniş müzakirə aparıldı. Prezident Azərbaycan mediası ilə bağlı fikirlərini, düşüncələrini açıqladı, habelə medianın qarşısında duran vəzifələri, Azərbaycan mediasının dünyadakı yeri və rolu, jurnalistlərin iqtisadi, mənəvi və digər problemlərini təhlil etdi, öyrəndi. Mətbuat Şurasının üzvləri ilə bu məsələlər müzakirə olunub və bu məsələlərlə bağlı müəyyən qərarlar qəbul olunub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.

Ə. Həsənov deyib ki, Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz qayğıları kimi qarşılayır, media nümayəndələrinə lazımi qayğı göstərir: “Bu, bundan sonra da belə olacaq. Prezident bunu dünənki çıxışında xüsusi qeyd etdi. Dövlət başçısı onu da vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir”.