XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

29 Avqust 2016 - 17:08

Jurnalistin komada olan atasının müalicəsinə yardım çağırışı –Bank hesabı açıldı

imdad-jurnalist

Jurnalist İmdad Əlizadənin yeddi aya yaxındır komada olan atası Əli Əliyevin müalicəsinə yardım məqsədilə bank hesabları açılıb.

Yeddi aya yaxındır komada olan yazıçı-publisist Əli Əliyevin müalicəsinə maddi yardım göstərilməsi məqsədilə bank hesabları açılıb.  

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Ailəlidir. Altı övladı var.

Oğlu İmdad Əlizadə jurnalistdir. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. 

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini “54 gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film də çəkilib. Ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.

2016-cı ilin fevral ayının 14-də Əli Əliyev Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza keçirib. Bakının “Koroğlu” metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır. Hazırda o, Mərkəzi Kilinik Xəstəxanada müalicə olunur. 

Müalicənin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yaranıb.

Əks halda, koma vəziyyətində olan 70 yaşlı Əli Əliyev xəstəxanadan çıxarılmalıdır. Buna görə də ailəsi Əli müəllimin müalicəsinə maddi yardım göstərilməsi üçün bank hesabları açmaq məcburiyyətində qalıb.

Bank hesabları Əli Əliyevin oğlu İmdad Əlizadənin adına açılıb. Yardımı aşağıdakı hesablar vasitəsilə (həm manatla, həm də xarici valyutalarla) həyata keçirmək mümkündür: 

Bank Respublika ASC Yasamal filialı

Kod: 511102

VÖEN: 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWIFT: BRESAZ22

IBAN: AZ94BRES00380194404052957401

Xarici valyutalarla:

AZ88BRES00381184004052957402 (USD)

AZ55BRES00381197804052957403 (EUR)

AZ10BRES00381181004052957404 (RUB)

Qeyd: Yardım kampaniyasında ölkədəki ödəniş terminalları vasitəsilə də iştirak etmək mümkündür. Belə ki, öncə terminalda “Bank xidmətləri”ni, daha sonra “Bank Respublika”nı seçmək və 380194404052957401 hesabına ödəniş etmək olar. Bu zaman tələb edilən şəxsiyyət vəsiqəsi nömrəsi qrafasında 15670795 rəqəmləri yazılmalıdır. 

Əlaqə telefonu: 050 506 86 90 (İmdad Əlizadə)