XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 13:16

İsmayıllıda gənclər üçün “Yeni media və multikulturalizm” mövzusunda təlim keçirilib

ismayilli

“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirilməsi" layihəsi çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin akt zalında  müxtəlif sahələri təmsil edən gənclərə və gənc mütəxəssislərə "Yeni mediada multikulturalizmlə bağlı düzgün iştirak" mövzusunda təlim keçirib.

Tədbiri  İsmayıllı Rayon  İcra Hakimiyyətinin baş məsləhətçisi Nəsimi Teymurov açaraq iştirakçıları salamlayıb. O bildirib ki, müasir informasiya vasitələrindən, internet və yeni mediadan gənclərin faydalı şəkildə və milli maraqlarımıza uyğun istifadəsi olduqca vacibdir.

Tədbirin açılışında QDİİB sədri İlkin Ağayev həyata keçirilən layihə və onun çərçivəsində reallaşdırılacaq təlimlər barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, bu gün gənclərimiz yeni media vasitərində, sosial şəbəkələrdə aktiv olsalar da, bu baxımdan bir sıra problemlər var: "Gənclərimizin sözügedən sahədə texniki hazırlıqları olsa da, ideoloji və taktiki baxımdan, onların daha hazırlıqlı, bacarıqlı, məlumatlı və operativ olmasına ciddi ehtiyac duyulur".

Sonra isə "Yeni Media Jurnalistləri" İctimai Birliyinin sədri Xaqani Səfəroğlu təlimə başlayıb.

Təlimdə İsmayıllıdan olan 20-dən artıq, müxtəlif sahələri təmsil edən gənc iştirak edib. Təlimdə gənclərə yeni media müstəvisində multikulturalizmin təbliği yolları aşılanıb. Təlimin ikinci mərhələsinin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib. 

 

ismayilli02