XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 Mart 2015 - 05:56

Eynulla Fətullayev MTN və DİN-ə müraciət etdi – “Mənə divan tutmağa çağırırlar”

Bu gün sosial şəbəkələrdə haqqin.az saytının təsisçisi Eynulla Fətullayevə qarşı təxribat törədilib. Jurnalistin adından təxribatçı çağırış yayılıb.

Həmin çağırışda E.Fətullayevin adından talış xalqının ünvanına təhqiramiz fikirlər yer alır. Jurnalistin adından belə cümlə verilib: “Talış xalqının genosidinə çağırıram”.

Bu təxribatı törədən şəxslərin aşkar məqsədi var: millətlərarası ədavəti qızışdırmaq və E.Fətullayevin işgüzar nüfuzuna zərbə vurmaq.

Təxribatçı feyklə bu keçid vasitəsilə tanış olmaq mümkündür: ((https://www.facebook.com/photo.php?fbid=809706305733519&set=gm.812871152140500&type=1).

Bu feykin yayılmasında və ona şərhlər yazılmasında AXCP üzvləri, o cümlədən bu partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov (Güləhmədoğlu) xüsusi fəallıq göstərirlər. Əksər müxalifətçilər isə faktiki olaraq jurnalistə divan tutmağa çağırışlar edirlər.

Virtualaz.org saytı xəbər verir ki, E.Fətullayev bununla əlaqədar olaraq haqqin.az saytı vasitəsilə milli təhlükəsizlik naziri Eldar Mahmudova və daxili işlər naziri Ramil Usubova müraciət edib.

E.Fətullayevin müraciətində deyilir: “23 saat əvvəl, martın 14-də gecə yarısı facebook istifadəçisi Sabir Shindaninin səhifəsində (https://www.facebook.com/photo.php?fbid=809706305733519&set=gm.812871152140500&type=1) mənim adımdan təxribatçı mətn yayılıb. Həmin mətndə mən guya talış xalqına qarşı genosidə çağırıram.

çox maraqlıdır ki, başlanan bu kampaniyada AXCP fəalları, o cümlədən bu partiyanın və Əli Kərimlinin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov çox fəal iştirak edir. Bu da sözügedən təxribatın sifarişinin bəzi daxili və xarici qüvvələr tərəfindən verildiyini sübuta yetirir.

Bu şəxslər mənə faktiki olaraq divan tutmağa çağırırlar. Sizdən bu təxribatla əlaqədar təcili tədbirlər görməyi, müvafiq araşdırma apararaq təhlükəsizliyimi təmin etməyinizi xahiş edirəm”.

Virtualaz.org