XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2015 - 16:00

CNN Obamanın ata yurdunu terror yuvası adlandırdı – Keniyalılar qəzəbləndi

cnn-telekanal.jpg

ABŞ prezidenti Barak Obamanın bu gün ata yurdu Keniyaya gedəcəyi barədə məlumatdan sonra CNN-nin yaydığı digər xəbər sərt narazılıq yaradıb.

Strateq.az xarici mətbuata istinadən məlumat verir ki, CNN telekanalı Obamanın səfəri ilə bağlı keniyalıları qəzəbləndirən xəbər hazırlayıb. Telekanalın aparıcısı xəbəri oxuyarkən Keniyanı terror yuvası adlandırıb. Və bildirib ki, prezident Obama təkcə ata yurduna yox, həm də terror yuvasına gedir.

Aparıcı bununla «Əl-Qaidə»nin bir qolu olan «Əl-Şəbab» terror qruplaşmasına işarə edib.

Xatırladaq ki, qruplaşma ötən ilin aprelində Keniyada 152 nəfəri qətlə yetirmişdi. Obamanın gəlişini səbirsizliklə gözləyən keniyalılar isə CNN-in bu xəbərindən sonra sosial şəbəkələrdə etirazlara başlayıblar və «Biriləri CNN-ə söyləsin» (#SomeoneTellCNN) haştaqını yaradıblar. Onlar aparıcının keniyalılardan üzr istəməsini tələb edirlər.