XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2016 - 15:33

AMEA-da yeni şöbə yaradıldı, təyinat oldu –FOTO

amea-genetik

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, elmi informasiya təminatının gücləndirilməsi istiqamətində işlərin yeni keyfiyyətdə davam etdirilməsi üçün ictimaiyyətlə əlaqələr üzrə müvafiq qurumların yaradılması zərurəti meydana çıxıb".

Bu barədə Strateq.az-a AMEA-dan məlumat verilib.

Bildirilib ki, bu məqsədlə AMEA Rəyasət Heyətinin 29 iyun 2016-cı il tarixli 9/6 nömrəli qərarına əsasən, Genetik Ehtiyatlar İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb:

"İnstitutda fəaliyyət göstərən “İnternet və multimedia qrupu”, o cümlədən Muzey həmin şöbənin tərkibinə keçirilib. Yeni yaradılan şöbə İnstitutda müxtəlif sahələr üzrə aparılan elmi tədqiqat işləri və əldə olunmuş nailiyyətlər, elmi-texniki tərəqqinin yenilikləri barədə ictimaiyyətin mütəmadi və ətraflı məlumatlandırılmasına xidmət edəcəkdir.

Şöbəyə rəhbərlik biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədova həvalə edilib".