XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2015 - 10:01

Masallıda “Yeni mediada informasiya təhlükəsizliyi” mövzusunda tədbir keçirilib

masali tedbir.jpg

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Gənclərin sosial və internet mediasında milli təhlükəsizliyə zidd informasiyaların yayılmasına qarşı səfərbər edilməsi” layihəsi çərçivəsində internetdə və sosial şəbəkələrdə aktiv olan, amma milli təhlükəsizliyi təhdid edən informasiyaların ayırd edilməsində çətinliklərə rast gələn yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Yeni mediada informasiya təhlükəsizliyi məsələləri ilə bağlı düzgün iştirak” mövzusunda növbəti təlimlər keçirib.

İctimai birlikdən verilən məlumata görə, bu dəfə təlimlər Masallı rayonunda, rayonun Gənclər Mərkəzində keçirilib. Təlimin açılışında vətəndaş cəmiyyəti institutlarının, eləcədə medianın nümayəndələri də iştirak və çıxış ediblər. Yeni media üzrə mütəxəssis Xaqani Səfəroğlunun təlimçi kimi çıxış etdiyi təlimlərdə 20-yə qədər yeniyetmə və gənc iştirak edib. Bu yeniyetmə və gənclər Masallı rayonunun müxtəlif məktəblərini və müəssisələrini təmsil ediblər. Burada gənclərə milli təhlükəsizliyi təhdid edən informasiyaların ayırd edilməsi, yayılmasının qarşısının alınması ilə bağlı biliklər, ictimai və hüquqi məsuliyyət hissinin inkişafı, artırılması və formalaşması baxımından bilgilər və vərdişlər aşılanıb. Onlara bu barədə mövcud olan mənbələr, qanunvericilik və hüquqi tənzimləmələr və etik davranış qaydaları izah edilib və göstərilib.

Qeyd edək ki, bundan əlavə, Bakıda da sözügedən mövzuda təlimlər təşkil edilib, həmçinin layihə çərçivəsində, Bakı Slavyan Universitetində “Jurnalistika ixtisasına yiyələnmək istəyən gənclərin yeni mediada milli təhlükəsizliyi təhdid edən informasiyalarla bağlı bilgiləndirilməsi” mövzusunda təlimlər keçirilib. Bundan başqa, mövzu ilə bağlı kitabça nəşri və həmçinin, “yenimedia.info” saytının layihə çərçivəsində təkmilləşdirilməsi də planlaşdırılır.